AZ

Tbilisidəki aksiyalara görə polis daha 5 nəfəri saxladı -ETİRAZÇILAR PARLAMENT BİNASINI PİROTEXNİKİ VASİTƏLƏRDƏN ATƏŞƏ TUTDULAR

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Tbilisidə mitinqlərdə kütləvi iğtişaşların təşkili və iştirakı ittihamı ilə biri əcnəbi olmaqla, daha beş nəfəri saxlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, təqsirləndirilən şəxslərin evlərinə baxış zamanı, eləcə də şəxsi yoxlama zamanı hərbi geyim, qaz maskaları, odlu silah, pul və yaddaş kartları aşkar edilərək götürülüb.

 

Onları 9 ilə qədər həbs gözləyir. 

Qeyd edək ki, Tbilisidə keçirilən aksiyalarda ümumilikdə 23 nəfər müxtəlif cinayət ittihamları ilə saxlanılıb.

 

Bu arada “IMEDİ” telekanalı Tbilisidə hökumət əleyhinə keçirilən aksiya iştirakçılarının parlament binasını pirotexniki vasitələrdən atəşə tutduqları barədə məlumat yayıb.

 

Məlumata görə, aksiya gecə boyu sakit davam edib. Heç bir insident qeydə alınmasa da, bir qrup naməlum gənc qəfildən əraziyə pirotexniki vasitələr gətirib və parlamentə atəş açmağa başlayıb.

 

Parlamentdə və ətrafda səfərbər olan polis hadisəyə reaksiya verməyib.

 

Hazırda qanunverici orqanın qarşısında vəziyyətin stabil olduğu bildirilir.


Senzor.az

Seçilən
23
18
senzor.az

10Mənbələr