1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Cenevrə konvensiyasına görə, saxlanılan şəxsə, saxlayan tərəf ailəsi ilə əlaqə yaratmaq üçün Qızıl Xaç vasitəsilə məktub yazmasına şərait yaratmalıdır, lakin burada vacib bir məqam var, saxlayan tərəfin senzura hüququ var".
Oxu. Az xəbər verir ki, bu sözləri media nümayəndələri ilə görüşdə BQXK-nın rəsmisi İlahə Hüseynova deyib.
Komitənin nümayəndəsi qeyd edib ki, Qızıl Xaçın məktubu açıq məktubdur.
"Biz heç onu zərfə də qoymuruq. Məktub təhrif edilə bilməz. Məktub yazılarkən bizim əməkdaşımız prosesdə iştirak edir. Ailəyə məktubu çatdıran da bizim əməkdaşdır. Amma saxlayan tərəfin senzura tətbiq etmək hüququ var. Həmçinin, saxlanılan şəxslər ailələrinə videomesajlar göndərə və ailələrdən videomesajlar ala bilər. Lakin videomesaj əvvəlcədən qeydiyyata alınır və videomesajlar da senzuradan keçir".
Şəhriyar Səmədov