AZ

Mühərriki sönən təyyarə yola enib, 5 maşını əzib

Yüngül təyyarə ABŞ-də avtomobil yoluna məcburi eniş edib və bir nəfərin ölümünə səbəb olan böyük qəzaya səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə “Fox 13” telekanalı məlumat yayıb.

Dekabrın 2-də axşam saatlarında Cessna təlim təyyarəsi Yuta ştatının Payson şəhəri yaxınlığında uçarkən mühərrikində nasazlıq yaranıb. Təyyarədə bir pilot və bir kursant olub, onlar ən yaxın hava limanına çatmağa vaxtlarının çatmayacağını anlayaraq təyyarəni magistral yola endirmək qərarına gəliblər.

Eniş yaxşı keçsə də, təyyarə enəndən sonra sürətli yolda arxadan gələn beş avtomobil əyləc etməyə vaxt tapmayıb, təyyarəyə və bir-birinə çırpılıblar. Nəticədə 4 nəfər xəsarət alıb. Onlardan biri, 58 yaşlı kişi ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Təyyarədə olan insanların sağ qaldığı qeyd edilir.

Musavat.com

Seçilən
36
37
musavat.com

10Mənbələr