Xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Taninin dəvəti ilə dekabrın 7-8-də Qətərin paytaxtı Dohada keçiriləcək 22-ci Doha Forumunda iştirak edəcək.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fidanın dekabrın 7-8-də Qətərin paytaxtı Dohada keçiriləcək 22-ci Doha Forumu çərçivəsində müxtəlif iclaslara qatılacağı və çıxış edəcəyi gözlənilir.
Forum çərçivəsində sabah Rusiya Federasiyası və İran XİN rəhbərlərinin iştirakı ilə Astana formatında XİN rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır.
Nazir Fidanın Dohada həmkarları ilə görüşləri gözlənilir.
QAZİLER.AZ