AZ

Gürcüstan parlamentinin spikeri: “Kaş Qərb ölkələrində də bizdəki kimi “sülh” olsun”

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili avropalı siyasətçilər üçün parlament seçkilərinin nəticələrindən sonra Tbilisidə baş tutan “dinc mitinqləri” arzulayıb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Papuaşvili bəzi avropalı siyasətçilərin etirazçıların aqressiv hərəkətlərini “sülh” adlandırmasını tənqid edib:

“Qoy onların öz paytaxtlarında hər gün bizdəki kimi “sülh” olsun”.

Xatırladaq ki, noyabrın 28-də İrakli Kobaxidze Gürcüstanın 2028-ci ilə qədər  Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların dayandırıldığını elan etdikdən sonra etirazlar başlayıb. 

Bizim.Media

Seçilən
18
5
bizim.media

6Mənbələr