AZ

Türkiyə vahid Suriya istəyir: Bəs, Yeni Azərbaycan dövləti? - General

Türkiyə mediasında Türkmaneli dövləti ilə bağlı müəyyən məsələlərin müzakirə edildiyi doğrudur. Lakin Türkiyənin rəsmi mövqeyi vahid Suriyadan yanadır.

Bu fikirləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Türkmaneli Respublikasının qurulması ilə bağlı siyasi dairələrdəki müzakirələr haqda qeyd edib.

Onun sözlərinə görə, hazırda bu dövlətin yaranması məsələsi haqda danışmaq tezdir:

“Suriya parçalanma mərhələsinə doğru gedərsə - hesab edirəm ki, bu proses artıq başlayıb - həm etnik, həm də məzhəb əsaslı fərqli bölünmələr ola bilər. Ancaq hazırkı mərhələdə Türkmaneli və ya orada hər hansı bir qurumla bağlı müzakirələrin başlamasının hələ tez olduğunu düşünürəm. Bu bölgədə Yaxın Şərqin maraqları Suriyanın bütövlüyünün qorunmasındadır. Suriya vahid olaraq qalmalıdır ki, həm Türkiyəyə, həm də digər ölkələrə terror ixrac olunmasın”.

Qeyd edək ki, Suriyanın bölünməsi halında İraq və Suriyadakı türkmanların yeni dövlətinin yaranması Türkiyədə siyasi kuluarlarda əsas müzakirə mövzularından biridir. Türkmaneli Respublikasının yaranma zərurəti barədə ilk dəfə mediaya danışan isə İraq Türkman Cəbhəsinin lideri, millət vəkili Ərşad Salehidir. Ərşad Salehi Türkmaneli Respublikasının xəritəsini də paylaşmışdı.

Türkmanlar Azərbaycan türkləridir.

Seçilən
17
34
axar.az

10Mənbələr