AZ

Trampın qələbəsindən sonra səhm fondlarına qoyulan vəsait 140 milyard dollar artıb


Noyabrın 5-də Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra investorlar ABŞ-nin səhm fondlarına təxminən 140 milyard dollar vəsait qoyublar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, 2000-ci ildən bəri noyabr ayında belə bir alış sürəti müşahidə olunmayıb.
Qəzet yazır ki, investorların fikrincə, Tramp administrasiyası kütləvi vergi endirimləri, həmçinin, bununla bağlı geniş islahatlar həyata keçirəcək.
Digər tərəfdən, yeni fondların axını ABŞ-nin əsas fond indekslərinin rekord səviyyədə qalxmasına kömək edib. Belə ki, Amerika bazarında 500 ən böyük şirkəti əhatə edən “S&P indeksi” noyabrın əvvəlindən 5,3% artıb.
Seçilən
31
50
yeniavaz.com

10Mənbələr