AZ

PARTİYA sədri HƏBS EDİLDİ


Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlıların Milli Kongresi Partiyasının sədri Əli Babayevin hədələnərək hücuma məruz qalması hadisəsi böyük narahatlıq yaradıb.

Milli.Az xəbər verir ki, hadisə 2 dekabr tarixində baş verib.

Babayev aptekə daxil olmaq istəyərkən Gürcüstanın Vətəndaşlar Partiyasının lideri Aleko Elisaşvili tərəfindən hücuma uğrayıb. Məlumata görə, Elisaşvili siyasi şüarlar səsləndirərək Babbayevin üzərinə yürüyüb və ona müxtəlif xəsarətlər yetirib. Hadisə nəticəsində Əli Babayev ciddi xəsarətlər alıb və dərhal xəstəxanaya yerləşdirilib.

Gürcüstanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı dərhal araşdırmalara başlayıb. Aleko Elisaşvili Babayevə xəsarət yetirmək ittihamı ilə həbs edilib və üzərinə üç il həbs cəzası tətbiq oluna bilər.

Qeyd edək ki, hadisə Gürcüstanın siyasi mühiti və müxtəlif etnik qrupların bir-biri ilə münasibətlərini daha da gərginləşdirə bilər. Əli Babbayevin xəsarət alması, təkcə şəxsi bir hücum deyil, həm də Gürcüstanda Azərbaycanlıların hüquq və təhlükəsizlik məsələlərinin ön plana çıxmasına səbəb olub. Siyasi gərginliklərin artması, ölkədəki azlıq qruplarının daha çox müdafiə olunmasına ehtiyac duyduğunu göstərir.


Seçilən
11
6
nuh.az

7Mənbələr