1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ali Məhkəmənin hakimi İlqar Hüseynov təqaüdə yola salınıb.
Oxu.Az xəbər verir ki, 2024-cü il dekabrın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının hakimi İlqar Hüseynovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov İlqar Hüseynovun uzun illər məhkəmə sistemində çalışdığını, 2013-cü ildən isə Ali Məhkəmədə hakim kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Onun bundan sonrakı fəaliyyətində də öz zəngin təcrübəsi ilə Ali Məhkəmənin və bütövlükdə hüquq ictimaiyyətinin inkişafına dəstək göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.
İlqar Hüseynov da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Sonda İlqar Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.