AZ

Aqil Abbas Santuşun getməsindən danışdı: Həyasızdır...

Futbol üzrə milli komandamızın baş məşqçisi Fernandu Santuşun uğursuzluqlara görə istefaya göndəriləcəyi deyilir. Amma mən onun yola salınacağına inanmıram. Çünki AFFA-nın Santuşun yanında dili gödəkdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, sadiq futbol azarkeşi Aqil Abbas deyib.

“Santuşla müqavilə bağlanıb. O da deyəcək ki, pulumu verin, sonra gedim! Həm də bu adamlar həyasızdır. Berti Foqts vaxtilə necə həyasızlıq eləmişdisə, bu, ondan da geri qalan deyil. Ona görə də Santuş həyasızlığına salıb qalacaq”, - deyə o əlavə edib.

Millət vəkili vurğulayıb ki, təzminatını istəyəcək Santuşa veriləcək pul da yoxdur: "Beləliklə problem də, Santuş da qalacaq. Yüz dəfə deyirik, amma AFFA-nın vecinə deyil. Yerli futbol mütəxəssislərimiz, məşqçilərimiz küçədə "it döyür". Amma onlar gedib xaricdən mənasız məşqçilər gətirir. Onlar da bura gəlib 6 oyunda bir xal qazanırlar, nəticələr də göz önündə”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
38
50
teleqraf.com

10Mənbələr