Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 7-8-də Qətərin paytaxtında keçiriləcək 22-ci Doha Forumunda iştirak edəcək. Səfər Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Taninin dəvəti ilə baş tutacaq. Məlumatı “Anadolu” yayıb.
Diplomatik mənbələrdən verilən məlumata görə, Fidanın forumun müxtəlif sessiyalarında iştirakı və çıxışları gözlənilir.
Forum çərçivəsində Rusiya və İran xarici işlər nazirlərinin iştirakı ilə Astana formatında XİN başçılarının görüşünün keçirilməsi də nəzərdə tutulub.
Nazir Fidan Dohada bir sıra həmkarları ilə də görüşlər keçirəcək.
Forum sabah öz işinə başlayır.
P.ƏMİRCANOV
XQ