AZ

Cənubi Koreya hərbi vəziyyətə hazırlaşır

Cənubi Koreya daha bir hərbi vəziyyət elan etməyə hazırlaşır.

Busaat.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, Cənubi Koreya prezidenti Yun Sok Yöl ölkədə siyasi reytinqlərinin sürətlə azalması fonunda yenidən hərbi vəziyyət elan edə bilər. Bu barədə hökumətyönümlü “Vətəndaş Gücü” partiyasının rəhbəri Han Don Hun açıqlama verib.

“Cənubi Koreyanın hakim partiyasının lideri ehtimal edir ki, prezident Yun Sok Yöl yenidən hərbi vəziyyət elan edə bilər, çünki o, ağır vəziyyətdədir və ictimai dəstəyin zəiflədiyini görür”, – deyə qəzetdə qeyd olunub.

WSJ-nin qiymətləndirməsinə görə, Cənubi Koreyada bir həftə ərzində ikinci dəfə hərbi vəziyyətin elan olunma ehtimalı artıq cəmiyyətdə gərginliyə səbəb olub.

Yazıda qeyd edilir ki, Yun Sok Yöl hazırda “siyasi həyatı uğrunda mübarizə aparır”. Onun populyarlığı rekord dərəcədə aşağı səviyyəyə enib. Gallup Korea tərəfindən cümə günü yayımlanan sorğu nəticələrinə görə, hərbi vəziyyətin elan edilməsindən sonra respondentlərin yalnız 13 faizi prezidentin fəaliyyətini dəstəklədiyini bildirib.

 

Zeyd Bağırzadə

Seçilən
49
22
busaat.az

10Mənbələr