AZ

Viktor Orban: "Ukrayna Rusiya ilə sülhü rədd edərək "yanlış atı" dəstəklədi"

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna 2022-ci ilin yazında Rusiya ilə sülh müqaviləsi bağlamaqdan imtina edərkən “yanlış atı” dəstəkləyib. 

HİT.az xəbər verir ki, o, fikirlərini "Kossuth" radiosuna bildirib.

"Ukraynalılar, fikrimcə, yanlış ata mərc etdilər, 2022-ci ilin aprelində, Rusiya ilə sülh və ya atəşkəs sazişi bağlamaq imkanı olanda səhv strategiya seçdilər", deyə macar siyasətçi Ukrayna tərəfinin bunu "Anqlosaksların təsiri altında" etdiyini bildirib.

Orban həmçinin ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynada səfərbərlik yaşının aşağı salınması təklifini “həyasızlıq” adlandırıb.

2023-cü ilin dekabrında “Xalqın xidmətçisi” partiyasının fraksiyasının rəhbəri Devid Araxamiya bildirib ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ilin yazında Ukrayna tərəfini Rusiya ilə hər hansı sülh müqaviləsi imzalamaqdan çəkindirib və sadəcə döyüşməyi təklif edib. Eyni zamanda, britaniyalı siyasətçi qeyd edib ki, o, Kiyevin 2022-ci ildə münaqişənin sülh yolu ilə həllinə razılıq verəcəyindən çox qorxur. Onun fikrincə, danışıqların belə nəticəsi Qərbə sərfəli olmayacaq.

Samir

Seçilən
44
50
hit.az

10Mənbələr