AZ

Suraxanı rayonundakı məktəbin tikintisi NİYƏ DAYANDIRILIB?

Suraxanı rayonu 141 nömrəli tam orta məktəbdə aparılan tikinti işlərinin dayandırılması valideynlərin narahatlığına səbəb olub.

SeherXeber.org xəbər verir ki, bununla bağlı müraciət ünvanlayan valideyn bildirib ki, 2023-cü ilin sentyabr ayında məktəbi sökməyə başlayıblar.

"Dedilər ki, 2025-ci ilin aprelində təhvil veriləcək. Amma hazırda heç bir iş getmir. Bütün işi dayandırıblar. İşlərin niyə dayandırılması haqqında isə məlumat verən yoxdur", - deyə müraciətdə bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Bakı Şəhəri üzrə Təhsil İdarəsi prosesdə qısamüddətli fasilə yarandığını təsdiqləyib.

"Təhsilin İnkişafı Fondunun dəstəyi ilə Bakı şəhəri 141 nömrəli tam orta məktəb əsaslı təmir olunur və yeni korpusun tikintisi aparılır. Layihələndirmədə baş verən dəyişikliklə əlaqədar prosesdə qısamüddətli fasilə yaranıb.

Məktəbdə aparılan əsaslı təmir və tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması planlaşdırılır",- deyə məlumatda vurğulanır.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sentyabr ayında yaydığı rəsmi məlumatında bildirilirdi ki, Suraxanı rayonu 141 nömrəli tam orta məktəb əsaslı təmir olunduğu üçün ibtidai siniflərdə təhsil alan şagirdlər 104 nömrəli tam orta məktəbdə II növbədə, digər siniflərdə təhsil alan şagirdlər isə 146 nömrəli tam orta məktəbdə II növbədə təhsillərini davam etdirəcəklər.

Seçilən
76
3
seherxeber.org

10Mənbələr