AZ

Bakı əhalisinə xəbərdarlıq

Azərbaycanın bəzi rayonlarında dekabrın 7-si axşam və 8-i güclü külək əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən XALQ.AZ-a verilən məlumata görə, bu barədə sarı xəbərdarlıq edilib.

Bildirilib ki, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bununla yanaşı Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığ edilib.

Qeyd olunub ki, bu rayonlarda fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Seçilən
24
10
xalq.az

10Mənbələr