Hollivud ulduzu Tom Kruzun 18 yaşlı qızı Suri Kruz atasından böyük miras alıb.
Referans.az xəbər verir ki, mətbuat Surinin 18 yaşı tamam olan kimi ( bu ilin aprel ayının 18-də) pulun bir qismini əldə etdiyini yazıb. O, mirasın qalan hissəsini 30 yaşı tamam olduqdan sonra ala biləcək. Bununla belə, qaydaya əsasən pul Suriyə hissə-hissə veriləcək. Mirasın məbləği isə açıqlanmayıb.
Xatırladaq ki, Surinin qəyyumluğu anası Keti Holmsdadır. Suri ilə Tom Kruzun münasibəti olduqca pisdir. Aktyorun hər ay 10 gün haqqı olmasına baxmayaraq, illərlə qızı ilə görüşməkdən imtina etməsi tez-tez gündəmə gəlib.