AZ

Azərbaycan və Özbəkistan arasında regional maliyyə mərkəzinin yaradılması maliyyə əməliyyatlarını sürətləndirəcək – “KapitalBank Özbəkistan”

Azərbaycan və Özbəkistan arasında regional maliyyə mərkəzinin yaradılması maliyyə əməliyyatlarını sürətləndirəcək və turizmin inkişafına təkan verəcək.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə "KapitalBank Özbəkistan"ın biznesin texnoloji dəstək idarəsinin rəhbəri Denis Kohaev VIII Beynəlxalq Bankçılıq Forumunun kuluarlarında məlumat verib.

"Azərbaycanla aramızda xüsusilə isti və qardaşlıq münasibətləri var. Xalqlarımız iqtisadiyyat, mədəniyyət və siyasət daxil olmaqla, müxtəlif sahələrdə bir-birini dəstəkləyir. Qarşılıqlı yardım yalnız xalq diplomatiyası səviyyəsində deyil, həm də ölkələrimizin rəhbərləri arasındakı münasibətlərdə özünü göstərir. Liderlər qarşılıqlı hörmət və dostluq ruhunda ünsiyyət qururlar ki, bu da əməkdaşlığın daha da güclənməsinə kömək edir. Qarşılıqlı əlaqənin əsas istiqamətlərindən biri Azərbaycanla birgə regional maliyyə mərkəzinin yaradılması məsələsinin müzakirəsidir. Bu layihə hazırda dövlət başçıları səviyyəsində danışıqlar mərhələsindədir və böyük əhəmiyyət kəsb edir.

Bizim bank bu danışıqlarda iştirak etməsə də, əminəm ki, belə bir mərkəz hər iki ölkənin bank sektorunun inkişafına ciddi təsir göstərəcək. Bu, maliyyə əməliyyatlarını sadələşdirəcək və sürətləndirəcək, müştərilər üçün daha rahat və əlçatan edəcək. Maliyyə üstünlükləri ilə yanaşı, layihə turizmin inkişafına da töhfə verə bilər. Özbəkistan və Azərbaycan zəngin tarixi irsə və unikal görməli yerlərə malik ölkələrdir. Məsələn, Özbəkistanın qədim şəhərləri - Səmərqənd, Buxara, Xivə və Ürgənc hər il dünyanın müxtəlif yerlərindən çoxsayda səyahətçini cəlb edir. Maliyyə mərkəzinin yaradılması təkcə iqtisadi əlaqələri möhkəmləndirməyəcək, həm də xalqlarımız arasında mədəni və turizm əlaqələrini gücləndirəcək. Əminəm ki, turizmin və iki ölkə arasındakı əməkdaşlığın daha da inkişafı hər iki tərəf üçün böyük faydalar gətirəcək mühüm və perspektivli bir vəzifədir", - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl məlumatlı mənbə Trend-ə bildirib ki, Azərbaycan və Özbəkistan regional maliyyə mərkəzinin yaradılması imkanlarını araşdırır.

Seçilən
25
1
day.az

2Mənbələr