AZ

Sahibə Qafarova: "AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Parlamentlərin bugünkü fəaliyyətinə uzun illərdir formalaşan parlamentarizm ənənələrinin təsiri böyükdür. Bu ənənəyə nümunə olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlament təcrübəsini qeyd etmək olar".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Spiker bildirib ki, 1918-ci ildə yaranan və cəmi on yeddi ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin parlamentini qeyd etmək lazımdır:
"Parlamentin iclasının bu gün keçirilməsi də təsadüfi deyil. Çünki Azərbaycan parlamentinin ilk iclası dekabrın bu günü - 7 dekabrda keçirilib".
"Buna baxmayaraq, bəzi parlamentlər bu gün qərəzli mövqe sərgiləyirlər. Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi qurumlar Azərbaycana qarşı böhtan xarakterli qarayaxma kampaniyası aparır, ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışırlar. Bunun səbəbi Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müstəqil siyasət yürütməsidir".
Mərahim Nəsib
Seçilən
26
50
oxu.az

10Mənbələr