AZ

"Laçını Ankaradan ayrı görmürük" - Fuat Oktay

"Hər sahədə əməkdaşlığımız iki dost ölkənin deyil, iki qardaş arasında əməkdaşlıq kimidir. XXI əsrdə də tarix yazmağa davam edirik". 

"Unikal" xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay deyib.

O bildirib ki, ölkələrimiz arasındakı əlaqələr həm bölgənin inkişafına, həm də qlobal inkişafa töhfə verməkdədir: “Dünyanın bir çox bölgəsində qeyri-sabitliyin şahidi oluruq. Suriyadakı son hadisələr, Rusiya-Ukrayna müharibəsi kimi yanımızda baş verən hadisələr əlaqələrimizin daha da gücləndirilməsini labüd edir. Azərbaycan-Ermənistan sülh prosesinin ən qısa vaxtda yekunlaşmasına ümid edirik. Qarabağ savaşı nəticəsində əldə edilən bu fürsət bölgənin inkişafı üçün bir şansdır".

Oktay Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu vurğulayıb: "Bizlər Laçını Ankaradan ayrı görmürük. Bəxtiyar Vahabzadənin də dediyi kimi, bizlər eyni ananın iki oğlu, eyni ağacın iki budağıyıq. Bayraqlarımız, vətənlərimiz, dövlətlərimiz, parlamerntlərimiz daim olsun".

Seçilən
31
50
unikal.az

10Mənbələr