AZ

Qatar piyadanı vurdu-Ağır qəza

Astarada piyadanı qatar vurub.

XALQ.AZ  xəbər verir ki, hadisə rayonun Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.

Belə ki, rayonun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xəttini keçmək istəyərkən qatar onu vurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan piyada ayaqlarından ağır travma aldığı üçün təcili əməliyyata olunub. M.Quliyevin bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
13
xalq.az

10Mənbələr