AZ

Rəsmi Bakı bizə dəstək oldu, digər türk dövlətlərini də... - Ərşad Salehi

Türkmən təmsilçisi olaraq sizinlə birlikdə olmaqdan qürur duyuram. Türk dünyası üçün vacib qərarların qəbul oldunduğu Milli Məclisi təbrik edirəm.

Teleqraf.com xəbər verir ki, bunu İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri Ərşad Salehi Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

O bildirib ki, artıq Azərbaycan böyük dövlətlərlə eyni sıradadır:

"2020-ci ildə qazanılan Qarabağ zəfəri yurdundan uzaq düşmüş xalqlar üçün ümid oldu. Bu gün rəsmi Bakı güclü dövlətlərlə eyni sıradadır. Onlar bizə dəstək oldular. Digər Türk dövlətlərini də buna qoşulmağa çağırıram. Türkmənlərin TDT-yə müşahidəçi olaraq qatılması bizə beynəlxalq platformalarda daha yaxşı imkanlar yaradacaq".


Müəllif: Məlik Məlikov
Seçilən
35
34
teleqraf.com

10Mənbələr