Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr İraqda səfirlik açmalıdır.BUTA.TV xəbər verir ki, bunu İraq Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Salehi Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib. Onun sözlərinə görə, İraqın TDT-də müşahidəçi kimi iştirakı da vacibdir: “Ortaq mirasımız olan Məhəmməd Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Biz Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq. TDT-nin digər üzv dövlətlərinə səslənirəm: siz də Azərbaycan kimi İraqda səfirlik açın”.