Türkiyənin xarici işlər naziri Hakan Fidan və İran XİN rəhbəri Abbas Arakçı Dohada keçirilən “Doha Forumu” çərçivəsində görüşüblər.
Musavat.com xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazirlər arasında baş tutan müzakirələrdə diqqət mərkəzində regional sabitliyin təmin olunması və ikitərəfli əlaqələrin inkişaf perspektivləri olub. Hakan Fidan və Abbas Arakçı, həmçinin, müxtəlif beynəlxalq platformalarda iki ölkə arasında qarşılıqlı dəstəyin artırılmasının vacibliyini vurğulayıblar.
“Doha Forumu” çərçivəsində keçirilən bu görüş Türkiyə və İran arasında davam edən dialoqun vacibliyini bir daha təsdiqləyərək regionda əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm addım hesab olunur.
Musavat.com