AZ

Moskva və Tehranın səhvi, Ankaranın yeni Suriya planı 

Suriyada müxalif güclərin yenidən aktivləşərək Əsəd hakimiyyətini devirmək istiqamətində başlatdıqları əməliyyatlar Yaxın Şərqdə yeni geosiyasi durum yaradıb. HTŞ (Heyət Təhrir əş-Şam) liderliyi altındakı silahlı qruplaşmalar sürətlə Əsəd rejimin nəzarətində olan böyük yaşayış məntəqlərini ələ keçirməkdədir. Sürətli hücum əməliyyatı davam edərsə, Əsəd rejiminin süqutu artıq zamanla bağlı olan məsələ olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da cümə günü bəyan edib ki, Suriyadakı müxalif güclərin əsas hədəfi Dəməşqdir. Yəni Əsəd rejimini devirməkdir. Belə bir bəyanatla HTŞ lideri Əbu Mühəmməd əl-Culani də bəyan edib ki, son hədəf Əsəd rejimini devirmək və digər qüvvələrin iştirakı ilə yeni hökumət formalaşdırmaqdır.

HTŞ (Heyət Təhrir əş-Şam) liderliyi altında müxalif güclərlə yanaşı, PKK/YPG/PYD, Suriyadakı ABŞ-yə məxsus qüvvələrin, İsrailin Əsəd rejiminin süqutu istiqamətində aktiv hərəkətini nəzərə alsaq, mənzərə tam aydın olar. HTŞ və Azad Suriya Ordusu (ASO) ilə yanaşı, bu qüvvələr də aktivləşiblər. ABŞ-yə məxsus B-52 ağır bombardmançı təyyarələr Suriya və İraqda patrul xidmətinə başlayıb. ABŞ bu yolla İranın Əsədə hərbi dəstəyinin qarşısını almaq istəyir. Qərbdən isə İsrail Colan (Qolan) təpələrində hərbi təlimlərə başlamaqla Hizbullahın Əsədə dəstəyinə imkan verməyərək yolunu kəsir.

486890
Təklənmiş vəziyyətdə qalan Əsədin artıq ölkəni tərk edərək Tehrana getdiyi də bildirilir.
Bu da Suriyada tamamilə yeni bir vəziyyət yaratmaqdadır. Hazırda dünyanı, əsasən də, Yaxın Şərqdəki bütün maraqlı gücləri maraqlandıran yeni Suriya necə qurulacaq və bu necə formalaşacaq.  

Proseslərin belə sürətlə inkişaf etməsinə baxmayaraq Yaxın Şərqdəki əsas oyunçuların Suriyanın gələcəyi ilə bağlı aydın mövqe sərgiləmir. Bir az ehtiyatlı və gözləmə mövqeyində çıxış edirlər. Bunun da əsas səbəbi ABŞ-dəki prezident seçkilərindən sonra yaranmış aralıq durumla bağlıdır. Bölgənin gələcək dizaynında əsas arbitr rolunu Ağ Ev oynayacağından hazırda bütün əsas oyunçular Trampın rəsmi olaraq prezident kimi fəaliyyətə başladığı dövrdə danışıqlar masasından uduşla çıxmaq üçün Suriyada mövqelərini gücləndirməklə məşğuldur.

Ortada isə bir neçə variant mövcuddur.

  • Birincisi, bölgədəki əsas oyunçuların və Suriyadakı qüvvələrin maraqlarını təmin edən yeni hakimiyyət formalaşdırmaq. 
  •  
  • İkincisi, Suriyanının federal dövlətə çevrilməsi. Birinci və ikinci variantla bağlı Suriyanın yeni konstitusiyasının hazırlanması.
  •  
  • Üçüncüsü isə ən pis variant kimi Suriyanın parçalanmasıdır. 

486891

Suriyanın unitar dövlət olmasının əsas tərəfdarı kimi Türkiyə, Qətər, Rusiya, İran və bəzi digər ölkələr çıxış edir. 

Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, son hadisələr nəticəsində Suriyada yeni geosiyasi vəziyyət yaradan Türkiyədir. Bu səbəbdən də Ankara əsas oyunçu simasında Suriyanın gələcəyi ilə bağlı diktə edən və proseslərə istiqamət verən tərəf rolundadır. 

Ankara son proseslərdə belə, Ağ Evə öz şərtlərini diktə edərək prosesləri yönəltməkdədir. Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında son telefon danışığında da əsasən Suriya böhranı və onun həlli yolları müzakirə olunub.

Nazir Fidan Blinkenlə danışığında Suriyada əvvəlki səhvlərin təkrarlanmamasını, Əsəd rejiminin realist davranaraq, müxalifətlə dialoq qurmasını və siyasi prosesə başlamasının vacibliyini qeyd edib. 

Fidan eyni zamanda bölgədəki bütün aktorların bu istiqamətdə konstruktiv rol oynamasını, PKK və İŞİD kimi terror təşkilatlarının Suriyadakı xaotik mühitdən faydalanmasına imkan verilməməsinin zəruriliyini qeyd edib. Bu isə o deməkdir ki, Ankara PKK/YPG və İŞİD terror təşkilatlarının gələcək Suriyanın formalaşmasında yer almasını istəmir.

486892
Ankara yaxşı anlayır ki, Suriya federallaşarsa, bu zaman PKK/YPG və İŞİD kimi terror təşkilatlarının maraqları nəzərə alına bilər. Və bu da gələcəkdə Türkiyənin təhlükəsizliyinə təhdid yarada bilər. Bu, istisna deyil. Çünki PKK/YPG terror təşkilatı ilə yanaşı, ABŞ, İsrail və digər bəzi Avropa ölkələri Suriyanın federallaşmasında, eyni zamanda parçalanmasında maraqlı tərəfdir. Qərb gələcəkdə Yaxın Şərqdə öz planlarını həyata keçirmək PKK/YPG və İŞİD kimi terror təşkilatlarından vəziyyəti gərginləşdirmək üçün istifadə edəcək. Bu da nəinki Ankaranın, heç digər ölkələrin də marağında deyil.

Suriyadakı son hadisələr fonunda ən uduşsuz vəziyyətdə olan isə İrandır. Suriyadakı son geosiyasi dəyişikliklər məhz İran və Rusiyanın bölgədən sıxışdırılması prosesi fonunda baş verir. Bölgədəki əsas oyunçular açıq şəkildə olmasa da, yeni Suriyanın formalaşmasında Moskvanın hansısa şəkildə maraqlarını təmin etməkdə maraqlıdır. Lakin Tehranı isə heç istəmirlər və buna qarşı qəti şəkildə çıxırlar. Bunu da açıq şəkildə dilə gətirməkdədirlər. Tehran da bu səbəbdən bütün imkanlarından istifadə etməklə maraqlarını təmin etməyə çalışır.  

486893

Bir daha qeyd edək ki, Suriyadakı proseslər sürətlə inkişaf etdiyindən bir çox suallar açıq qalmaqdadır.

Düzdür, səhnəarxası proseslər və danışıqlar gedir. Böhranın həlli ilə bağlı hər hansı mövqe formalaşmadığından açıqlanmır. Ankara davamlı olaraq əsas oyunçularla diplomatik ünsiyyətdədir. 

Suriya böhranı ilə bağlı ən vacib görüşlərdən biri isə Qətərin paytaxtı Dohada baş tutuacaq. Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşündə Suriya böhranı və ondan çıxış yolları müzakirə olunacaq. Ola bilsin ki, burada məsələyə hansısa formada müəyyən aydınlıq gətirilə bilər. Çünki Suriyada bugünkü vəziyyətin yaranmasında həm Moskva, həm də Tehran günahkardır. Əgər bu üç ölkənin Suriyadakı böhranı həll etmək istiqamətində həyata keçirdiyi "Astana prosesi"ndə Ankaranın təklifləri nəzərə alınsaydı belə bir durum yaranmazdı. Moskva və Tehran Əsədi Ankara ilə anlaşmaya sövq etsəydilər, bu gün tamamilə fərqli bir durum olardı. Suriyadakı böhran daha təhlükəli vəziyyət halını almazdı. 

Lakin Ankara zamanı gələndə prosesləri öz xeyrinə dəyişə bildi və indi isə Moskva və Tehran uğursuz bir geosiyasi durumla üzləşiblər. Amma hələ də gec deyil. Moskva və Tehran Dohada Ankarının təkliflərinə uyğun şəkildə davransa, müəyyən müsbət nəticələr əldə edə bilərlər. Əks təqdirdə isə böhran daha təhlükəli istiqamət ala bilər.

Mürtəza
Ölkə.Az

Seçilən
34
45
olke.az

10Mənbələr