AZ

Milli Məclis sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın təşviqinə əhəmiyyətli töhfə verir - TÜRKPA-nın Baş katibi

Azərbaycanda parlamentarizmin tarixi azadlıq, demokratiya və milli birlik ideyalarının təşəkkül tapdığı ən mürəkkəb tarixi şəraitə söykənir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq tarixə düşdü, onun parlamenti isə xalqın milli suverenliyinin və siyasi yetkinliyinin simvoluna çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti fəaliyyətə başladığı ilk gündən demokratik respublikalara xas təşkilati prinsipləri rəhbər tutaraq parlament demokratiyasının əsasını qoydu.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı səsləndirib.

Baş katib daha sonra deyib: “Milli Məclisin TÜRKPA çərçivəsində əməkdaşlıq prosesində fəal iştirakı Türk dünyası regionunda və ondan kənarda parlament diplomatiyasının möhkəmlənməsinə, sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın təşviqinə əhəmiyyətli töhfə verir. Əminəm ki, Azərbaycan parlamenti zəngin təcrübəsi ilə yeni uğurlar qazanmağa davam edəcək”.

Seçilən
8
2
yenigundem.az

3Mənbələr