AZ

Türkiyəli deputat: "Zəngəzur dəhlizi bir trilyon dollara yaxınlaşan fürsətlər vəd edir"

"Zəngəzur dəhlizinin açılması regionun inkişafına xidmət edəcək".

Bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının sədr müavini Murat Emir Bakıda keçirilən "Parlamentarizm: Ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin bir hissəsini təşkil edəcək Zəngəzur dəhlizi bir trilyon dollara yaxınlaşan fürsətlər vəd edir:

"Bu əməkdaşlıq, şübhəsiz, sadəcə, iqtisadi əməkdaşlığın artmasına deyil, eyni zamanda, bölgədə siyasi və mədəni əlaqələrin inkişafına da töhfə verəcək".

Mərahim Nəsib

Mənbə: oxu.az

Seçilən
29
9
oxu.az

10Mənbələr