1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Türkiyədə məclis, məsləhətləşmə ənənəsi türkçülüyün tarixinə gedib çıxır".
Bunu Bakıda keçirilən "Parlamentarizm: Ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransına qatılan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Oxu.Az-ın sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, qədim türklərin "toy" ənənəsi müasir dönəmdəki məclis anlamı ilə eynidir:
"Türkiyə və Azərbaycan parlamentləri qadınlara verdiyi öncəliklə, imtiyazlarla qərb ölkələrindən çox öndə olublar. Bu, ənənələrimizdən irəli gəlir. Qadının bütün sahələrdə idarəçilikdə söz sahibi olması bundan sonra da davam edəcək".
O qeyd edib ki, güclü Azərbaycan görməkdən məmnundur:
"Dünyaya bir daha mesaj vermək istəyirəm: Qarabağ savaşı və antiterror əməliyyatları zamanı Fransa kimi ölkələr "Azərbaycan erməni torpaqlarını işğal edir" başlıqlı dezinformasiyalar yaymışdılar. Halbuki, o torpaqlar Azərbaycanın və azərbaycanlılarındır".
Mərahim Nəsib