AZ

Avropa elektrikləşir!

Avropa oktyabr ayı da bir ilkin şahidi oldu. Bu ay ərzində elektriklə işləyən avtomobil modelləri dizel yanacağını geridə qoyaraq, öz payını 15,2 faizə çatdırıblar. Benzinlə işləyən avtomobillərin bazar payı 34,1 faizə qədər azaldığı halda, hibridlərin payı 28,7 faizə yüksəlib.

Fins.az xarici KİV-ə istinadən xəbər veir ki, yanacaq növlərinə görə bazar payları aşağıdakı kimidir:

  • Benzin: 34,1%
  • Hibrid (HEV): 28,7%
  • Elektrik enerjisi (BEV): 15,2%
  • Dizel: 10,6%
  • Plugable Hybrid (PHEV): 8,6%
  • Digər: 2,8%

Günel Məlikzadə
Fins.az 

Seçilən
381
6
Mənbələr
Şərh ()
Bağla