AZ

Azarkeşlər hakimləri təhqir etdi, "Turan Tovuz" cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Kuboku 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Kuboku 1/8 final

3 dekabr 2024-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Turan Tovuz” – “Sabah” oyunu bitdikdən sonra “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Turan Tovuz” komandası 500 manat cərimə edilir (maddə 43.7);

3 dekabr 2024-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Turan Tovuz” – “Sabah” oyununda “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilir (maddə 52.2);

4 dekabr 2024-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Kəpəz” – “İmişli” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilir (maddə 37);

saytlarin hazirlanmasi

Seçilən
30
2
sportal.az

4Mənbələr