1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"44 günlük Vətən müharibəsi zamanı Fransa parlamentində Azərbaycanın guya Ermənistan torpaqlarını işğal etdiyi ilə bağlı qətnamə məhz dezinformasiya nümunəsi idi".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay ADA Universitetində təşkil olunan "İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" adlı beynəlxalq dəyirmi masa müzakirəsi zamanı çıxışında deyib.
"Əks halda gələcəkdə bizi gözləyən təhlükədən xilas ola bilməyəcəyik. Bizim istər mətbuat, istərsə beynəlxalq səviyyədə güclərimizi birləşdirməyimizə ehtiyac var. Türk Dövlətləri Təşkilatı bu baxımdan örnək bir beynəlxalq platformadır. Biz Xarici əlaqələr komitəsi çərçivəsində getdiyimiz bütün ölkələrdə həm Qarabağ mövzusunu, həm də Azərbaycanla Ermənistan arasında sülh gündəliyi məsələsini qaldırırıq. Təcrübədə gördük ki, digər dövlətlərin bu məsələdəki vasitəçiliyi heç nəyə gətirib çıxarmadı. Nəticə o oldu ki, hazırda iki ölkə sülh gündəliyini müzakirə edir. Biz beynəlxalq təşkilatlar səviyyəsində erməni yalanlarının ifşasına davam edirik. Biz bunu ona görə edirik ki, bir ananın iki övladıyıq", - F.Oktay əlavə edib.
Mərahim Nəsib