Azərbaycanda dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 774 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı bildirilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-9° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygölün bəzi yerlərində əsasən gecə və axşam havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3° isti, dağlıq ərazilərdə 7°-dək şaxta, gündüz 4-8° isti olacağı bildirilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında - qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında isə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 7-12° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 8-10° isti, dağlarda gecə 1-4°, gündüz 4-6° isti olacağı gözlənilir.