AZ

Diaspor fəalı Ukraynada “Millətin fəxri“ diplomu ilə təltif edildi -Foto

"Ukrayna Silahlı Qüvvələri Günü münasibətilə təltif olunmağım Ukrayna dövləti tərəfindən mənə verilən yüksək dəyər, qiymət və diqqət əlamətidir"

Bu barədə Xəzərnews.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı deyib.

“Millətin fəxri “(Гордıcть Нацıi) medalı genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi dövründə informasiya cəbhəsində və diaspor fəaliyyətimdə gördüyüm işlərin nəticəsidir. Fəaliyyətimə verilən yüksək qiymətə görə Ukrayna dövlətinə və xalqına dərin təşəkkürümü bildirirəm. Başda, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun İdarə Heyətinin üzvü, "Ukrayna-Azərbaycan Müharibə Döyüşçüləri Qardaşlıq Cəmiyyəti”nin həmsədri Vidadi İsrafilova göstərdiyi diqqət və qayğı üçün minnətdaram" - deyə o bildirib.



Xəbər 3 dəfə oxunub.
Seçilən
32
xezernews.az

1Mənbələr