AZ

Yeddinci dəfə dünya çempionu olan hansı professorun oğludur? - FOTOLAR

Rusiyanın paytaxtı Moskva şəhərində pauerliftinqin AWPC/WPC/WPSO-A/WPSO versiyası üzrə dünya çempionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, 560-a yaxın idmançının mübarizə apardığı yarışda Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarus, Macarıstan, Çexiya, Rusiya və digər ölkələrdən atletlər birincilik uğrunda mübarizə aparıblar.

Pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Zaur Cəfərov “bench press” hərəkətində 320 kiloqram nəticə ilə 7-ci dəfə dünya çempionu olub. O, həm də 3 cü dəfə “Elitar idmançı” tituluna yiyələnib.

İdmançı bu il iyunun 9-14-də Finlandiyanın Salo şəhərində AWPC/WPC versiyası üzrə keçirilmiş Avropa çempionatında da qızıl medal qazanmışdı.

O, AWPC versiyası üzrə “bench-press” hərəkətində 263 kiloqram nəticə ilə 7-ci dəfə bu titula sahib çıxmışdı. Həmçinin yeni Avropa rekorduna imza ataraq, yarışın mütləq çempionu adına layiq görülmüşdü.

Azərbaycanın Əməkdar idman ustası olan Zaur Cəfərov dəfələrlə nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Əslən Qubadlı rayonundan Əməkdar və Beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Stronqmen Federasiyasının üzvü Zaur Cəfərovun atası tanınmış yazıçı və ədəbiyyatşünas, BDU-nun müəllimi, "Akademkitab"ın direktoru, professor Əlağa Cəfərovdur (news24.az).

Seçilən
25
1
sportinfo.az

5Mənbələr