AZ

"Bu gün Suriya və İraqın Bakıdan çox da uzaqda olmadığı görünür"

"Bu gün Suriya və İraqın - Yaxın Şərqin Bakıdan çox da uzaqda olmadığı görünür".

Musavat.com bildirir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

Politoloq qeyd edib ki, Suriyada baş verənlər fonunda Yaxın Şərqdə siyasi xəritənin dəyişə biləcəyi, yeni dövlətlərin, yaxud ən azı özünüidarəetmə çərçivəsində yeni muxtariyyətlərin ortaya çıxacağı görünür:

"Yaxın Şərqdə iştirakçı ölkələrin hər birinin dəstəklədiyi və maraqlarını onlar üzərindən həyata keçirdiyi yerli faktorlar var.

Azərbaycan üçün İraq və Suriyadakı türkmanlar (sayı 5,5 milyondan artıqdır) Yaxın Şərqin dəyişən xəritəsində əsas faktor ola bilər. Türk dünyasında ən çox bizə - Azərbaycana yaxınlığı ilə seçilən türkmanlar hələ 90-cı illərdə müstəqilliyin bərpasından sonra Bakı ilə daha sıx yaxınlaşmaq və müəyyən dəstək əldə etmək istəsə də, yeni qurulan və işğalla üzləşən Azərbaycan bunu edə bilmədi. Əvəzində Türkiyə daim türkmanlara dəstək verib. İndi Azərbaycan üçün türkmanları dəstəkləmək və Yaxın Şərqin siyasi xəritəsində iştirak etmək imkanı yaranıb. Bu kontekstdə İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri, Türkman Cəbhəsi Partiyasının sabiq lideri Ərşad Salehinin Bakıya səfəri xüsusilə əhəmiyyətlidir.

Salehi Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçirilən konfransa İraq parlamentinin təmsilçisi kimi qatılsa da, verdiyi açıqlamalar türkmanların Azərbaycan üçün qapılarını açıq saxladıqlarını və müəyyən gözləntilərinin olduğunu göstərir. Azərbaycan 90-cı illərdə edə bilmədiklərini indi edərsə, bu həm tarixi bağların bərpası, həm də Yaxın Şərq siyasətində aktiv iştirak faktorunun əldə edilməsi baxımından strateji qazanc olar. Tarixi Azərbaycan imperiyasın uzandığı coğrafiyaya və mədəni, din, dil, ənənə bağlarına nəzər saldıqda, bu gün Suriya və İraqın – Yaxın Şərqin Bakıdan çox da uzaqda olmadığı görünür".

Xalidə Gəray
Musavat.com

Seçilən
43
6
musavat.com

10Mənbələr