Biz səmimi şəkildə Türkiyə ilə münasibətlərin tezliklə normallaşmasında maraqlıyıq.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Bəhreyndə keçirilən “Manama dialoqu” beynəlxalq forumunda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
“Biz hesab edirik ki, Ankara ilə münasibətlərin tənzimlənməsi Ermənistanla Azərbaycan arasında nizamlanma proseslərinə də müsbət təsir göstərə bilər. Amma onu da nəzərə almalıyıq ki, Ermənistan Qərb tərəfdaşları ilə daha da yaxınlaşır, yəqin ki, sualımı məhz bu yerə yönəltməliyəm: Türkiyə xarici siyasətini istər regionda, istərsə də Avropa Birliyi və Qərblə münasibətlərdə harada görür? Görünən odur ki, Ermənistan Avropa İttifaqına yaxınlaşmağa can atır, Ermənistan xalqının Avropa istəkləri var. Sərhədlər açılsa, Avropa Birliyi Gömrük İttifaqının da üzvü olan Türkiyə Ermənistanla Avropa İttifaqı arasında körpü ola bilər” - nazir müavini deyib.
Musavat.com