AZ

Çin elektriklə işləyən avtomobillərə keçidlə əlaqədar neft bazarını çökdürə bilər

Çin sakinləri sürətlə elektriklə işləyən avtomobillərə keçirlər ki, bu da neft bazarını çökdürə bilər.

Bu barədə RİA Novosti analitiklərin hesablamalarına istinadən yazır.

Agentliyin qeyd etdiyi kimi, avtomobillər üçün benzin ehtiyacı səbəbindən qlobal neft satışlarının illik artımının 41%-i Çinin payına düşür. Lakin elektromobillərin kütləvi şəkildə tətbiqi ilə bu rəqəm kəskin şəkildə azalacaq.

“Elektrikli avtomobillərə keçidin sürəti neft istehsalçılarını və investorları heyrətə salıb. Heç bir bazar Çin tələbini əvəz edə bilməz”, – Ümumdünya Enerji İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan Dünya Enerjisinin Statistik İcmalında deyilir.

Analitiklər Çinin neft idxalının gələn il pik həddə çatacağını və daha sonra azalmağa başlayacağını düşünürlər. 2023-cü ildə ölkədə alınan hər üçüncü yeni avtomobil elektriklə olub və qlobal satışlarda payı 60%-ə çatıb.

DOĞRU.AZ

Seçilən
33
13
dogru.az

10Mənbələr