AZ

Ərşad Salehi: Biz birliyimizə mütləq davam edəcəyik, çünki bu coğrafiya bizimdir

Zaman bizi bir vaxtlar ayırsa da, biz birliyimizə mütləq davam edəcəyik, çünki bu coğrafiya bizimdir.

Bu fikirləri Beynəlxalq Parlament Konfransı iştirakçılarının Qarabağa səfəri zamanı İraq parlamentinin kərküklü millət vəkili Ərşad Salehi “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında səsləndirib.

“İkinci dəfədir bura gəlirəm. Bura öz tarixi coğrafiyamızdır, öz torpağımızın üstündə özümüzü görmək çox xoşdur. Sözümüz də, danışmağımız da birdir. Qarabağ bizim üçün can Azərbaycanımızın haqlı davasının olduğu işğaldan azad olan bir yerdir. Baxın, əgər birinin torpağı varsa, o torpaq üçün dava edər, onu qorumağa çalışar. Amma torpaq özünün deyilsə, o anda tərk edib gedər. Bu torpaqlarda bizim olduğu üçün onlar da tərk edib getdilər. Bu torpaqlarda bizimdir”.

Ə. Salehi Hələbin terrorçulardan təmizlənməsi münasibətilə kərküklülərə Şuşadan təbrikərini də göndərib.

“Hələb də xilas edildi. Biz Şuşadan Hələb türkmənlərinə də, Suriyadakı türkmən qardaşlarımı da burdan təbrik edirəm. Bir olaq, birliyimizi davam etdirək. Dünəndə məclisdə söylədiyim kimi, biz birlik, bütünlük naminə çalışmalıyıq. Əgər bir vaxtlar zaman bizi ayırmışdısa da, amma bundan sonra, kəsinliklə birliyimizi davam edəcəyik. Çünki, bu coğrafiya bizimdir."

Dünya ictimaiyyətinin uzun illər ermənilərin terrorçu cəhdlərinə göz yummasına da münasibət bildirən Ə. Salehi deyib: “Bəzi qüvvələrin erməni uydurmalarına biganə qalması normaldır. Çünki haqsız olan hər zaman haqsız yanında olar. Biz hər zaman haqlı olduq və haqlı olmağımızı da hər kəs yaxşı bilirdi. Türkün dostu türkdür, türkdən başqa kimsə yoxdur. Biz nə qədər birləşmiş olsaq, kimsə haqqımızda girməz”.

O, Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımı nümunə gətirərək kərküklülər adından təşəkkürünü bildirib: “Bu gün cənab İlham Əliyev minlərlə kilometr aralı məsafədə – Kərkükdə Füzuli Türkmən məktəbinin olmasını istədi. Mən də buradan, Şuşadan ona da təşəkkürümü çatdırmağı özümə borc bilirəm”.

Seçilən
25
far.az

1Mənbələr