Suriyadan qaçan prezident Bəşər Əsədin Dəməşqdə avtomobil qarajından yeni görüntülər yayımlanıb.
Day.Az xəbər verir ki, videoda onun müxtəlif brendlərdən olan çoxsaylı avtomobillərinin olduğu görsənir.
Xatırladaq ki, Dəməşq müxalifətin əlinə keçib, Əsəd yük təyyarəsi ilə ölkəni tərk edib. Onun hazırda harada olduğu barədə informasiya yoxdur.