Ölkənin paytaxtı Dəməşqi ələ keçirən suriyalı yaraqlılar ölkə prezidenti Bəşər Əsədin sarayını ələ keçirərkən dövlət başçısının əlində olan çoxlu sayda lüks avtomobil aşkarlayıb.
Ölkə.az Lent.az-a istinadən bildirir ki, müvafiq videonu Türkiyənin “Ensonhaber” qəzeti yayıb.
“Əsədin qarajına girənlər müxalif qüvvələr tərəfindən müsadirə edilmiş bir sıra dəbdəbəli avtomobillərlə (...) qarşılaşdılar. Onlar “Ferrari”, “Audi” və “Mercedes”in cərgə ilə dayandığı qaraj görüblər”, - nəşr qeyd edir.
Müəlliflərin fikrincə, suriyalı yaraqlılar gördüklərindən “şoka düşüblər”.