AZ

Peyğəmbərin ərzağı çoxaltmaq möcüzəsi

Tarix: 26 Noyabr 2023 07:02

Rəvayət edilir ki, Sələmə ibn Əkva demişdir: "Bir dəfə əshabələr səfərdə ikən onlardan bəzilərinin ərzaq malları azaldı və onlar yemək-içməyə möh­tac qaldılar. Odur ki, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun -  yanına gəlib öz dəvələrini kəsmək üçün ondan izn istədilər və o da onlara izn verdi. Sonra onlar Ömərə rast gəl­dilər və bu haqda ona xə­bər verdilər. Ömər dedi: "Dəvələrinizi kəsdik­dən sonra necə keçinəcəksiniz?" Bun­dan sonra Ömər Peyğəmbərin yanına gə­lib dedi: "Ya Rəsulullah, onlar dəvələrini kəsdikdən sonra necə keçi­nə­cək­lər?"
Peyğəmbər buyurdu: "Camaata elan et, artıq qalmış ərzaqlarını gətirsin­lər."
Bunun üçün yerə bir döşənək sərildi və əshabələr artıq qalmış ərzaq­la­rını onun içinə qoydular. Ərzağın hamısı bir yerə yığıldıqdan sonra Pey­ğəm­bər qalxıb dua etdi və Allahdan onun bərəkətli olmasını dilədi. Son­ra əshabələrinə qablarını götürüb gəlməyi əmr etdi və onlar da gəlib ərzaq­dan istədikləri qədər ovuclayıb götürdülər. Sonra Peyğəmbər bu­yurdu: "Mən şahidlik edirəm ki, Allahdan başqa həqiqi mə­bud yox­dur və mən Allahın elçisiyəm! " (əl-Buxari, 2484).
Milli.Az

Seçilən
271
42
Mənbələr
Şərh ()
Bağla