Suriya Prezidenti Bəşər Əsəd ailə üzvləri ilə birlikdə Rusiyanın paytaxtı Moskvaya çatıb. Rusiya onlara sığınacaq verib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS-a Kremldəki mənbə bildirib.
Qeyd olunur ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.
Bu arada Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasından Suriyadakı vəziyyətlə bağlı təcili məsləhətləşmələr tələb edib.
Bunu BMT-dəki mənbə RİA Novosti-yə bildirib.
KONKRET.az