AZ

Balakəndə odun sobası bir ailəni evsiz qoydu

Balakən rayonunun Şərif kənd sakini Heybulla Süleymanovun mənzilində yanğın olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə Balakən Yanğından Mühafizə Hissəsindən məlumat daxil olub.
 

Hadisə yerinə Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.


Həyata keçirilən yanğınsöndürmə tədbirlərinə baxmayaraq 140 kvadratmetr mənzilin 2 otağı və çardağı yanaraq istifadəsiz vəziyyətə düşüb.

Daha iki otaq isə yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə şahidləri və yanğın yerinin ilkin təhqiqatı nəticəsində bəlli olub ki, yanğına odun sobasının çardaqda alovlanması səbəb olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

Seçilən
33
bizim.media

1Mənbələr