Almaniyanın ikinci ən uzun asma körpüsü Hessen əyalətindəki Rotenburq an-der Fulda şəhərində istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, uzunluğu 617 metr olan asma körpünün yerdən hündürlüyü 60 metrdir. Polad konstruksiyanın ümumi çəkisi 84 tondur. Eni bir metr olan “Highwalk” körpüsündə eyni vaxtda 600 nəfər hərəkət edə bilər.
Qeyd edək ki, Almaniyanın ən uzun və ən hündür asma körpüsü də Hessen əyalətindədir. “Skywalk” adlı körpünün uzunluğu 665, yerdən hündürlüyü isə 100 metrdir.