1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Almaniyalı tədqiqatçılar tiroid xəstəliyinin aritmiya kimi ciddi ürək problemləri riskini artıra biləcəyini müəyyən ediblər.
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Frontiers in Cardiovascular Medicine" jurnalında dərc olunub.
Qalxanabənzər vəzi enerji səviyyəsini, bədən istiliyini, çəkisini və əhvalını idarə edən hormonlar istehsal edir. Onun disfunksiyası müxtəlif xəstəliklərə, o cümlədən ürək problemlərinə səbəb olan hipotiroidizmə (hormonların az istehsalına) və ya hipertiroidizmə (hormonların həddindən artıq istehsalına) səbəb ola bilər.
Yeni elmi iş 1,3 milyondan çox insanı əhatə edən əvvəllər dərc edilmiş 32 araşdırmaya əsaslanır.
Bildirilir ki, qalxanvari vəzinin disfunksiyası ürək-damar xəstəliklərinin, o cümlədən aritmiya və ani ürək ölümü riskini artıra bilər.