AZ

Suriyada keçid dövrü 18 ay davam edəcək

Suriyada hakimiyyət dəyişikliyindən sonra keçid dövrü 18 ay olacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə Suriya müxalifətinin lideri Hadi əl-Bəhrə “Middle East Eye” portalına deyib.

“Suriya müxalifətinin rəhbərlik etdiyi idarəetmə orqanı yeni konstitusiyanın hazırlanması üçün altı ay da daxil olmaqla 18 aylıq keçid dövrü üçün nəzərdə tutulub”, – o bildirib.

“Middle East Eye” məlumat yayıb ki, onun rəhbərlik etdiyi müxalifət koalisiyası daha da genişləndiriləcək və yeni konstitusiya ratifikasiya olunana qədər ölkəni keçid hökuməti idarə edəcək.

Əl-Bəhra həmçinin hesab edir ki, keçid dövrü BMT Təhlükəsizlik Şurasının 2015-ci il dekabrın 18-də qəbul edilmiş və ümummilli atəşkəs, azad və ədalətli seçkilər daxil olmaqla, Suriyada siyasi keçid üçün yol xəritəsini müəyyən edən 2254 saylı qətnaməsinə uyğun olaraq həyata keçirilməlidir.

Seçilən
6
13
tribunainfo.az

10Mənbələr