Azərbaycan şairi İmadəddin Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məqbərəsinin yeni görüntüsü yayılıb.
Kult.az xəbər verir ki, məqbərənin görüntüsünü Hələbə daxil olan döyüşçülərdən biri çəkib.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifətinin silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçiblər. Dekabrın 7-də axşam saatlarında Suriya Prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəraa və Homsu ələ keçiriblər.
Dünən səhər saatlarında silahlı qruplar Dəməşqə daxil olublar, Bəşər Əsədin ölkəni tərk edərək Moskvaya uçduğu məlum olub.