1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir.
"Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi metronun "20 Yanvar" stansiyası müəyyən edilib. Əks istiqamətə isə avtobuslar "20 Yanvar" stansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında) dayanır. Gedişhaqqı 80 qəpik müəyyən olunub", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar fəaliyyət göstərir.