AB diplomatiyasının yeni rəhbəri Kaya Kallas 2021-ci ilin iyununda Almaniyanın keçmiş kansleri Angela Merkeli Rusiya Prezidenti Vladimir Putini AB liderlərinin sammitinə dəvət etmək çağırışına görə alçaldıb.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
“Mediada Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının yığılması xəbərdarlıqları verildiyi bir vaxtda Merkel Putini Brüsseldə keçiriləcək sammitə dəvət etmək istəyib. Bu ideya Fransa Prezidenti Emmanuel Makronun dəstəyini qazandıqdan sonra Avropa Şurasının iclasında bunu qaldırmaq fikri yaranıb”, - nəşr bildirib.
Amma o vaxt Estoniya Baş naziri olan Kaya Kallas “Bu, nəyə lazımdır?” deyərək, buna qarşı çıxıb.
Diplomatlardan birinin nəşrə verdiyi açıqlamaya görə, Kallasın sözləri Makronu çaşdırıb, çünki Avropanın kiçik bir ölkəsinin lideri Almaniya kanslerini aşağılamağa cəsarət edib.