1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda bağ evində ölüm hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Rayon ərazisində yerləşən bağ evlərindən birində ölüm hadisəsinin olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Araşdırmalar nəticəsində məlum olub ki, Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Kamil Yasib oğlu Məmmədov bağban işlədiyi Dübəndi bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.