AZ

Diplomatların xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək

Bakı. Trend:

Diplomatik xidməti orqanı əməkdaşlarının xidməti fəaliyyətininqiymətləndirilməsi və diplomatik xidmət əməkdaşlarınınattestasiyası həyata keçiriləcək.

Trend-inxəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələrkomitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan“Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksinitapıb.

Layihəyə əsasən, xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisivəzifələrində xidmət keçən diplomatik xidmət əməkdaşları istisnaolmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən vəzifəyə təyin edilən, müvafiq diplomatik və yainzibati vəzifədə təqvim ilinin sonunadək azı 6 (altı) ay daimixidmət (qulluq) keçən diplomatik xidmət orqanı əməkdaşlarınınxidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.Xidməti fəaliyyətin qiymətləndirilməsi bu Qanun nəzərə alınmaqla“Dövlət qulluğu haqqında” qanun ilə müəyyən edilmiş qaydada həyatakeçirilir.

Peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərininqiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun olduğunu müəyyənetmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən diplomatik vəzifəyə təyin ediləndiplomatik xidmət əməkdaşlarının (müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik rütbəverilən və xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi vəzifələrindəxidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla)attestasiyası keçirilir. Yalnız müvafiq diplomatik vəzifədə azı 1(bir) il daimi xidmət keçən diplomatik xidmət əməkdaşlarıattestasiyadan keçirilə bilərlər. Diplomatik xidmət əməkdaşlarınınattestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir və buzaman onların xidməti fəaliyyətinin qiymətləndirilməsininnəticələri nəzərə alınır.

Qeyd edilənlər nəzərə alınmaqla, diplomatik nümayəndəliklərdə vəkonsulluqlarda xidmət keçən diplomatik xidmət əməkdaşları rotasiyaəsasında geri çağırıldıqdan sonra attestasiyadan keçirilirlər.Diplomatik xidmət əməkdaşlarının attestasiyası müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənetdiyi qaydada həyata keçirilir.

Seçilən
5
4
az.trend.az

7Mənbələr